"Qarabağ"ın rəqibi bəlli oldu


Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.

Turkustan.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi bilinib. Komandamız Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)


MANŞET XƏBƏRLƏRİ