Bu günün yoluxma rəqəmləri açıqlandı - CƏDVƏL


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb 1 649 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib, aktiv xəstə sayı 20 128 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 280, ötən müddət ərzində isə ümumilikdə 5 677 746 test aparılıb.

Azərbaycanda son sutkada 1 226 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib


MANŞET XƏBƏRLƏRİ