Sabahdan hava kəskin soyuyacaq, qar yağacaq - XƏBƏRDARLIQ


Dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeolorogiya Xidmətindən məlumat verilib.

Bəzi yerlərdə intensiv olacağı, 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək


MANŞET XƏBƏRLƏRİ