Qənirə Paşayeva Ankarada qardaş ölkənin dəyərli aydınları ilə görüşüb - FOTO


MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Ankarada – "Türk Ocaqları"nda Xalq şairi Zəlimxan Yaqubun "Türkün taleyi", TÜRKSOY-da Aşıq Ələsgərin "Seçmə şeirləri" kitablarının təqdimatında və İstanbuldakı Maltəpə Türkan Saylan Kültür Mərkəzində Qarabağ Zəfərinin 1-ci ildönümünə həsr olunmuş konfransda iştirak edərkən, qardaş ölkənin dəyərli aydınları – şair, araşdırmaçı, elm və mədəniyyət xadimi ilə görüşüb. Görüşlərdə qardaş ölkələrimiz arasında günbəgün artan əməkdaşlığın mədəniyyət, sənət sahəsində də yeni üfüqlər vəd etdiyi vurğulanıb.

Q.Paşayeva qardaş ölkə aydınlarına Türk dünyası və Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb. Qardaş ölkə aydınları öz əsərlərini imzalayaraq Q.Paşayeva təqdim edib.


MANŞET XƏBƏRLƏRİ