Elbəyi Cəlaloğlunun "Yasəmən ətri" kitabının təqdimatı oldu


Mərhum şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun "Yasəmən ətri" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, ictimai xadimlər, yazıçılar, şairlər və sənət adamları iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən SOYDAŞ İctimai Birliyinin Məsləhət Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Artıkoğlu kitabın nəşr olunmasına təşəbbüs göstərdiyinə və nəşr olunmasına görə birlik üzvlərinə təşəkkür edib.

Daha sonra Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı, şair Vəli Qaraçaylı, şair Ziyadxan Budaq, tədqiqatçı alim Asif Ozan, tanınmış əməkdar jurnalist İlyas Adıgözəlli, jurnalist İlqar İlkin Elbəyi Cəlaloğlu haqqında xatirələrini bölüşüb, onun öz vətəni üçün fədakar və təmənnasız xidmətlərini qeyd ediblər.

Mərasimdə eyni zamanda Aşıq Tərmeyxan Qurbanov, aşıq Ramin Qarayev və aşıq Cahangir Quliyevin ifalarında Elbəyi Cəlaloğlunun şeirlərinə həsr olunmuş saz havaları səsləndirilib.

Sonda Elbəyi Cəlaloğlunun qardaşı Bəylər Cəlaloğlu və qızı Rufanə Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsində maddi dəstəklə yanaşı yüksək səviyyədə təşkil olunan təqdimat mərasiminə görə SOYDAŞ İctimai Birliyinin rəhbərliyinə və təqdimatda iştirak edən bütün qonaqlara təşəkkürlərini bildirdilər.

undefined

undefined

undefined


MANŞET XƏBƏRLƏRİ