Rusiya Dövlət Duması rəhbərliyindən Vahabzadəyə təhdid: "Nəticələrini gözləsin"


Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy rusiyalıları təhqir edən keçmiş səfir İsfəndiyar Vabahzadənin fikirlərini pisləyib, nəticələri barədə xəbərdarlıq edib.

"RİA Novosti" xəbər verir ki, Tolstoy daha irəli gedərək Azərbaycanı aşağılayan ifadələr işlədib:

"Azərbaycanın keçmiş səfiri kamera qarşısında rusları donuz adlandırıb. Diplomat, sabiq olsa da, nəyin mümkün olduğunu və nəyin olmadığını mükəmməl şəkildə hiss edir. Bunun nəticələrdən nə o, nə də Rusiyanın xoş niyyəti ilə gənc olan, lakin müstəqil dövlət olmayan milli respublikalarda Rusiya və rusları təhqir edənlər qorxur", – deyə millət vəkili "Telegram" kanalında yazıb.

O qeyd edib ki, səfir ya üzr istəməlidir, ya da nəticələrini gözləməli olacaq. /Konkret.az/


MANŞET XƏBƏRLƏRİ