Gəncədə AĞIR AVTOQƏZA: Ölənlər və yaralananlar var - FOTOLAR


Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


MANŞET XƏBƏRLƏRİ