"İsfahanda su qıtlığının həlli üçün tez-tez yağış namazı qılmalıyıq" - İranlı axund


İsfahanın cümə namazının axundu Seyid Muctaba Mirdamadi dekabrın 3-də namaz xətbələrindəki çıxışında İsfahan əkinçilərinin üz-üə qaldığı su qıtlığı problemindən danışıb.

Öz çıxışında polisə və mülki geymli təhlükəsizlik qüvvələrinə əkinçilərin dinc etirazlarını zorla yatırılmasına görə öz təşəkkürünü bildirən axund Mirdasmadi deyib ki, su qıtlığı təkcə İsfahan əyalətinə məxsus deyil: "Bilirəm, ağır durumda olan isfahanlı əkinçi və fermerlərin indiki dərdi böyükdür. Hökumət rəsmiləri də bu problemi həll etməyə çalışırlar. Lakin hökumətin su problemini aradan qaldırmağa səy göstərməsinə baxmayaraq, unutmamalıyıq ki, bu problemin həlli əsasən Allahın əlindədir və bunun üçün də hesab edirəm ki, hamımız tez-tez yağış namazı qılmalı, Allahdan yağış göndərməsini istəməliyik", -deyə İsfahan cümə namazının dönəm başqanı axund Seyid Muctaba Mirdamadi susuzluqdan əziyyət çəkən isfahanlı əkinçilərin problemindən danışarkən bəyan edib.

Xatırladaq ki, noyabrın 26-dan buy ana İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.


MANŞET XƏBƏRLƏRİ