Prokurorluq Tofiq Yaqublunu döyüldüyü yerə apardı


Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu dekabrın 1-də döyülməsi ilə əlaqədar dekabrın 3-də Bakının Səbail Rayon Prokurorluğunda 4 saat 30 dəqiqə ifadə verib.

O, həbsxanada artıq 28 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı saxlanılıb.

Yaqublu bildirib ki, onu Bakının Səbail rayon Pois İdarəsinin 39-cu Polis Bölməsində, daha sonra Bakından kənar ərazilərə apararaq döyüblər, Bakıdan 72 kilometr qərbdə, Ələt qəsəbəsi yaxınlığında avtomobildən düşürüb sərbəst buraxıblar.

Vəkil Nemət Kərimli bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanmayıb, araşdırma aparılır.

Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib.

Amerikanın Səsi


MANŞET XƏBƏRLƏRİ