Ceyhun Hacıbəylinin dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq


Medianın İnkişafı Agentliyi yeni ofisə köçüb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

II Yazı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı

elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Cey­hun Ha­cı­bəy­li­nin Azər­bay­ca­nın Mil­li İs­tiq­la­lı­nı hə­dəf­lə­yən bü­tün təş­ki­lat­la­rın Mil­li Bir­lik ide­ya­sı ət­ra­fın­da bir­ləş­mə mə­sə­lə­si sim­vo­lik idi. Çün­ki Mil­li bir­lik ide­ya­sı mü­cər­rəd ma­hiy­yət­li­dir. Müx­tə­lif əqi­də­li in­san­la­rın məhz özü­nə­məx­sus yol­la Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nə ça­lış­ma­la­rı ba­şa dü­şü­lən­dir. Bu­ra­da əsas mə­sə­lə han­sı ide­ya­ya ta­pın­ma­sın­dan ası­lı ol­ma­ya­raq Azər­bay­can ide­ya­sı­na sa­diq qal­maq idi. Cey­hun Ha­cı­bəy­li də Azər­bay­can ide­ya­sı­na sa­diq mü­tə­fək­ki­ri­miz olub. Vax­ti­lə Mə­həm­məd Əmin Rə­sul­za­də­nin Par­la­men­tin ilk ic­las­la­rın­dan bi­rin­də ifa­də et­di­yi ki­mi Azər­bay­can Cüm­hu­riy­yə­ti ya­ran­ma­mış­dan ön­cə Azər­bay­can ide­ya­sı­nı sağ­da­kı­lar İs­lam dün­ya­sı­nın, sol­da­kı­lar isə "Bö­yük Ru­si­ya"nın par­ça­lan­ma­sı ki­mi də­yər­lən­dilk­lə­ri hal­da, çox keç­mə­dən hər han­sı ide­ya­ya üz tut­ma­sın­dan ası­lı ol­ma­ya­raq ha­mı "Azər­bay­can" ide­ya­sı ət­ra­fın­da bi­lə­şib. Mü­ha­ci­rət döv­rün­də də bü­tün zi­ya­lı­la­rı­mız, o cüm­lə­dən M.Ə.Rə­sul­za­də, M.B.Məm­məd­za­də, H.Bay­ka­ra, C.Ha­cı­­bəy­li və baş­qa­la­rı­nın əsas hə­dəf­lə­ri Azər­bay­can ide­ya­sı­nı ya­şat­maq və Azər­bay­ca­nı ye­ni­dən is­tiq­la­la qo­vuş­di­ur­maq olub.

Mü­tə­fək­ki­ri­mi­zə gö­rə, "Azər­bay­can" ide­ya­sı ilk gün­dən bü­tün azər­bay­can­lı­la­rı öz ət­ra­fın­da bir­ləş­dir­miş­dir. Bu an­lam­da "Azər­bay­­can" ad­lı qə­ze­tin nəş­ri Azər­bay­ca­nın bir rəm­zi­nə çev­ril­di, bu qə­ze­ti bü­tün azər­bay­can­lı­lar özü­nü­kü he­sab et­di­lər. Ha­cı­bəy­li ya­zır­dı: "Za­tən Azər­bay­can baş­lan­ğıc­da hə­min bir­li­yin sim­vo­lu idi. "Azər­bay­can" bir fir­qə­nin, bir sin­fin və ya bir təş­ki­la­tın or­qa­nı de­yil­di. "Azər­bay­can" mil­li bir or­qan idi və fe­lən rəs­mi hö­ku­mət möv­qe­yi­ni rəy və mü­la­ha­­za­tı­nı iz­har edə­cə­yi­nə, öz yo­lu­nu sər­bəsr­cə­si­nə cı­zıb öz qə­naə­ti­ni bə­yan edir­di. Bu xü­sus­da, vax­tın­da nəş­riy­yat iş­lə­ri ilə məş­ğul olan na­zir­lə­ri­miz­dən rəh­mət­lik Nə­sib bə­yin ge­niş nə­zə­ri­li­yi­ni, tə­biə­ti­nin na­zik­li­yi­ni və ona məx­sus xü­su­siy­yə­ti­ni hör­mət­lə ana­lım. Özü par­ti­ya üz­vü ol­du­ğu hal­da hö­ku­mə­tin rəs­mi or­qa­nı­nı par­ti­ya­çı ol­ma­yan bir şəx­sə hə­va­lə et­mə­si həd­di-za­tın­da bir sim­vo­lik jest idi. Onun üçün mil­lət fir­qə­nin önün­də ge­dir­di. Hal­bu­ki in­di­ki fir­qə­çi­lər bə­zən fir­qə tə­əs­sü­bü­nü o qə­dər irə­li gö­tür­dü­lər ki, mil­lə­ti adə­ta unut­du­lar".[1]

Azər­bay­ca­nın mil­li is­tiq­la­lı uğ­run­da mü­ba­ri­zə apa­ran heç bir tə­ki­la­tın əley­hi­nə ol­ma­yan Ha­cı­bəy­li­yə gö­rə, həd­di-bu­lu­ğa yet­miş mil­lət olan Azər­bay­can Türk mil­lə­ti içə­ri­sin­də müx­tə­lif cə­rə­yan­lar ola bi­lir. O, ya­zır­dı: "Biz bu cə­rə­yan­la­rın gə­liş­mə­si­ni və və­tən­­i­mi­zə fay­­da­­lı ol­ma­sı­nı yur­du­mu­zun qu­ru­lu­şun­dan son­ra an­caq dü­şü­nə bi­li­rik. Mü­ha­­ci­rət­də bi­zi dü­şün­dür­mə­si la­zım gə­lən və bi­zi dü­ş­­ün­­dü­rən an­caq və an­caq gö­zəl yur­du­mu­zun qur­tu­lu­şu ol­ma­lı­dır. Bu qur­­tu­lu­şu qo­lay­­laş­dır­maq və bu məq­səd­lə uğ­raş­maq hər bir Azə­ri-Türk co­cu­ğu və ya fər­di üçün mü­qəd­dəs bir və­zi­fə­dir. Bu yol­da hər bir və­si­lə­dən is­ti­fa­də et­mə­li­yik, çün­ki mil­lə­ti­miz bö­yük bir təh­lü­kə için­də ya­şa­yır".[2]

Ha­cı­bəy­li he­sab edir­di ki, Azər­bay­ca­nın is­tiq­la­lı uğ­run­da mü­ca­di­lə ve­rən Mil­li Bir­lik Məc­li­si isə heç bir par­ti­ya üçün ça­lış­mır: "Onun yal­nız bir hə­də­fi və və bir məf­ku­rə­si var: Yur­du­mu­zun qur­tu­lu­şu! Azə­ri Türk­lə­ri­ni bu gün bir-bi­rin­dən ayı­ran proq­ram mə­sə­lə­si de­yil, on­la­rı ayı­ran psi­xo­lo­ji bir amil­dir ki, tə­əs­süf ki, əla­qə­li zə­vat o nöq­tə­ni an­la­mır­lar və an­la­ma­maz­lıq­la da Azə­ri-Türk­lə­ri­ni müx­tə­lif züm­rə­lə­rə bö­lür­lər. 27 ni­san fə­la­kə­ti­nin amil­lə­ri­ni unut­ma­yaq. Gö­zəl və­tə­ni­mi­zi fir­qə­çi­li­yin hız­lan­ma­sı yıx­dı, uçu­ru­ma sü­rük­lə­di. Fir­qə tə­əs­sü­bü bir mil­lə­tin bir­li­yi­ni dai­ma po­zar. Tə­bii bir fir­qə da­xi­lin­də na­mus­lu, is­te­dad­lı ün­sür­lə­rin də möv­cud ol­du­ğu in­kar edi­lə bil­məz. Biz bü­tün və­tən­daş­la­rı­mı­za hör­mət və sev­gi bağ­la­rıy­la bağ­lı­yız. Onun üçün bu gün gə­rək fir­qə­çi və gə­rək­sə müs­tə­qil və fir­qə­siz Azə­ri-Türk­lə­ri­nin ha­mı­sı­nı üç rəng­li bay­ra­ğı­mız al­tın­da top­la­nıb ha­mı­mız bə­ra­bər bir yer­də və­tə­ni­mi­zin qur­ta­rıl­ma­sı uğ­run­da ça­lış­ma­ğa də­vət edi­rik. Azər­bay­can da­vam edir".[3]

1952-ci il­də "Vis­ba­den­dən – Ştarn­ber­qə" mə­qa­lə­sin­də də ya­zır­dı ki, SSRİ-yə qar­şı mü­ba­ri­zə­də önəm­li bir ne­çə mə­sə­lə var. On­lar­dan bi­ri "Ru­si­ya mil­lət­lə­ri" an­la­yı­şın­dan im­ti­na et­mək­dir. Çün­ki ar­tıq Ru­si­ya mil­lət­lə­ri de­yil, müs­tə­qil döv­lət­­lər var. On­lar­dan bi­ri də mil­li və müs­tə­qil Azər­bay­can­dır. Ha­cı­bəy­li ya­zır­dı: "Bu tək­li­fi biz qə­ti su­rət­də et­dik: vax­ti­lə biz öz is­tiq­la­lı­mı­zı elan et­mi­şik, biz­lə­ri ar­tıq "Ru­si­ya" cil­di­nə da­xil et­mək doğ­ru ol­maz".[4]Ha­cı­bəy­li­yə gö­rə, ikin­ci önəm­li mə­sə­lə SSRİ-yə qar­şı mü­ba­­ri­zə­­­də va­hid mər­kə­zin ol­ma­sı­dır; va­hid mər­kəz mə­sə­lə­sin­də rus və qey­ri-rus mil­lət­lə­rin, o cüm­lə­dən Azər­bay­can. Gür­cüs­tan və Tür­kis­tan mil­lət­lə­ri­nin bir ara­ya gəl­mə­si də müm­kün­dür. Ona gö­rə, özü­nü SSRİ-yə mü­xa­lif sa­yan rus­la­rın bir çox hal­lar­da qey­ri-sə­mimlk gös­tər­mə­lə­ri on­la­rın prob­le­mi­dir. An­caq bu­na bax­ma­ya­raq ABŞ-ın rus­lar­la iş­lə­­mə­­lə­ri­nə də Ha­cı­bəy­li nor­mal ba­xır­dı. O ya­zır­dı: "Rus­lar­sız an­ti­­bol­­şe­vik cəb­hə dü­zəl­mə­si­ni ame­ri­ka­lı­lar qey­ri-müm­kün sa­yır­lar. Haq­lı­­mı­­dır­lar və ya səhv edirl­kər, bu bşa­qa mə­sə­lə. Hər hal­da yüz mil­yon­luq bir küt­­lə­ni ih­mal et­mək is­tə­mir­lər. Ame­ri­ka ic­ti­ma­iy­yə­ti­nin dəs­tək­lə­di­yi fik­ri də­yiş­dir­mək üçün uzun il­lər la­zım­dır".[5]O, "Ru­si­ya de­mok­rat­la­rı han­sı mə­qam­lar­da bol­şe­vik­lər­lə qo­vu­şur­la­r?" mə­qa­lə­­sin­­də də rus mü­xa­li­fə­tiy­lə bol­şe­vik­lər ara­sin­da çox fərq ol­ma­dı­ğı­nı ya­zır­dı.

1953-cü il­də "Azər­bay­can" dər­gi­sin­də ya­yım­la­nan "Bir mil­lə­tin na­mu­su" ad­lı mə­qa­lə­sin­də isə C. Ha­cı­bəy­li ya­zır­dı ki, 28 may həm mil­li is­tiq­la­lı­mı­zın anı­mı, həm də əzi­lən bir mil­lə­tin haqq sə­si­dir: "May ayı yal­nız mil­li is­tiq­la­lı­mı­zın anım gü­nü ki­mi de­yil, ey­ni za­man­da Azər­bay­can-Türk mil­lə­ti­nin düş­mən tə­rə­fin­dən tap­da­la­nan və əzi­lən haq­qı­nın qo­run­ma­sı və yük­səl­dil­mə­si ayı ki­mi də anı­lır. Mə­şum 27 ap­rel ha­di­sə­si­nin nə­cib mil­lə­ti­mi­zi nə qə­dər rə­za­lə­tə dü­çar et­di­yi hər kə­sə bəl­li­dir. Bə­zi fit­nə­kar­la­rın et­di­yi əməl­lə­rə rəğ­mən, əv­vəl­cə də söy­lə­di­yim ki­mi, bu ta­ri­xi fa­ciə­yə sə­bəb olan mə­qam­la­rı bu­ra­da xa­tır­la­maq is­tə­mi­rəm. Çün­ki bi­zim­lə ün­siy­yət­də olan əc­nə­bi­­lə­rə - is­tər dost, is­tər­sə də düş­mən ol­sun – öz zə­if nöq­tə­lə­ri­mi­zi açıb gös­tər­­mək­dən çə­ki­ni­rəm. La­kin bu fa­ciə­nin nə­ti­cə­lə­ri­ni ha­mı­lıq­la bil­di­yi­miz­dən, hər bir Azər­bay­can tür­kü, ha­di­sə­nin anıl­ma­sı qar­şı­sın­da hey­rət və nif­rə­ti­ni sax­la­maq­dan çə­kin­məz".[6]

C.Ha­cı­bəy­li o fi­kir­lə ra­zıl­şa­mır­dı ki, So­vet Ru­si­ya­sı Azər­bay­­ca­nı mü­qa­vi­mət­siz iş­ğal et­miş­dir. Yə­ni Azər­bay­can türk­lə­ri­nin və­tən­lə­ri­ni So­vet Ru­si­ya­sı­na asan­lıq­la, mü­qa­vi­mət gös­tər­mə­dən, eti­raz­lar et­mə­dən bu­rax­ma­sı fik­ri doğ­ru de­yil­dir. O, bu­na nü­mu­nə ki­mi Gən­cə üs­ya­nı­nı gös­tə­rir­di: "Gən­cə üs­ya­nı mil­lə­ti­mi­zin tap­dan­­ma­sı­na qar­şı olan bir qəh­rə­man­lıq das­ta­nı­dır. Ey­ni za­man­da şəx­si mən­fə­ət­lə­ri na­mi­nə şöh­rət qa­zan­maq is­tə­yən si­ya­si­lər­lə Azər­bay­can tür­kü­nün fər­qi­ni gös­tə­rən bir olay­dır. Hər hal­da Gən­cə­də may ay­la­rın­da axan türk qa­nı, - be­lə de­yək - 27 ap­rel "ha­di­sə­si" za­ma­nı mil­lə­ti­mi­zə atı­lan lə­kə­ni si­lib gö­tür­dü. Doğ­ru­su, ver­di­yi­miz qur­ban­lar çox ağır ol­du. Baş­qa şərt­lər al­tın­da, baş­qa za­man­da, ay­rı-ay­rı cəb­hə­lər­də ey­ni vaxt­da mü­qa­vi­mət gös­tər­miş ol­say­dıq, nə­ti­cə bu qə­dər ağır ol­maz­dı. La­kin, nə et­mək olar, "təq­di­ri qə­za" be­lə imiş. Hər hal­da be­lə ağır qur­ba­na ama­də olan qəh­rə­man­la­rı­mız tə­rəd­düd et­mə­di­lər".[7]

De­mə­li, 28 May­da is­tiq­la­la qo­vu­şan Azər­bay­can türk­lə­ri 2 il son­ra Azər­bay­ca­nın is­tiq­la­lı­nı qo­ru­maq üçün də So­vet Ru­si­ya­sı ilə sa­vaş­mış­lar. Bu an­lam­da Azər­bay­can türk­lə­ri üçün 28 may yal­nız Mil­li İs­tiq­la­lı­mı­zın ya­ran­ma­sı gü­nü ki­mi yox, ey­ni za­man­da Və­tən uğ­run­da şə­hid ver­di­yi gün­dür. Ha­cı­bəy­li ya­zır­dı: "Ca­vad xan­la­rın is­teh­ka­mı olan qo­ca və gö­zəl Gən­cə­miz­də Azər­bay­can Türk­lə­ri­nə məx­sus gə­lə­nək­lə­ri qəh­rə­man­ca­sı­na mü­da­fiə edən Ca­han­gir bəy­lər, Ca­vad bəy­lər, Mə­həm­məd Mir­zə­lər, Hüs­rəv Mir­zə­lər, Mir­za­də­lər, Sa­rı Ələk­bər­lər, Qa­çaq Qən­bər­lər, Qa­ra Meh­di­lər və on­lar ki­mi­lə­ri mil­lət­­im­­i­zin şə­rəf­li əs­gər­lə­ri­dir. La­kin bun­la­rın heç bir par­ti­ya ilə əla­qə­lə­ri yox­dur. Bu qəh­rə­man­lar şef­lik id­dia­sın­da de­yil­lər. Bu­nun­la bə­ra­bər, on­lar öz mil­li və­zi­fə­lə­ri­ni fə­da­kar­lıq­la ye­ri­nə ye­tir­mək­dən də çə­kin­­mə­­di­lər. Mil­li na­mu­su­muz yo­lun­da Şə­hid olan bu qəh­rə­man yurd­­daş­­la­rı­mı­za Ulu Tan­rı­dan min rəh­mət di­lə­yir, sağ qa­lan­la­ra isə can sağ­lı­ğı ar­zu edi­rik. Ey qəh­rə­man və əziz Şə­hid öv­lad­la­rı­mız, Azər­bay­can mil­lə­ti dün­ya­da tək bir azər­bay­can­lı tür­kü qa­la­na qə­dər siz­lə­ri unut­ma­ya­caq. Yat­dı­ğı­nız ana tor­paq­lar­da ra­hat-ra­hat uyu­yun!".[8]

Onun fran­sız­ca qə­lə­mə al­dı­ğı əsər­lə­ri içə­ri­sin­də so­sia­liz­min sax­ta və in­san­lı­ğa zidd ma­hiy­yə­ti­ni gös­tə­rən bir ne­çə he­ka­yə­si də diq­qə­ti cəlb edir. "Mü­əz­zi­nin lə­nə­ti" ad­lı kəs­kin sü­jet­li he­ka­yə­nin möv­zu­su Azər­bay­can­da So­vet ha­ki­miy­yə­ti qu­ru­cu­lu­ğu­nun ilk il­lə­rin­də mü­əz­zin ata ilə ate­ist oğu­lun tim­sa­lın­da din­dar­lar­la Al­lah­sız­la­rın ba­rış­­maz, aman­sız qar­şı­dur­ma­sı­na, mü­ba­ri­zə­sin­dən gö­tü­rül­müş­dür. Bu­ra­da cə­rə­yan edən ha­di­sə­lər yal­nız ata ilə oğu­lun yox, bü­tün cə­miy­­yə­tin fa­ciə­si ki­mi ümu­mi­ləş­di­ril­miş­dir. Əsə­rin fi­na­lın­da mi­na­­rə­nin uç­ma­sı, ata ilə oğu­lun uç­qu­nun al­tın­da qa­la­raq fa­ciə­li şə­kil­də can ver­mə­si əs­lin­də bü­tün re­ji­min gə­lə­cək aqi­bə­ti­nə bir işa­rə­dir.[9]

Onun "Azər­bay­can" jur­na­lın­da dərc et­dir­di­yi "Şa­ma­xı məh­­kə­mə­si, ya­xud bir xai­nin mü­ka­fa­tı" ad­lı əsə­rin­də ötən əs­rin otu­zun­cu il­lə­rin­də, həm­çi­nin İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­dən son­ra Sta­lin rep­res­­si­ya re­ji­min­dən heç ki­min sı­ğor­ta olun­ma­ma­sın­dan, "ca­sus­­la­rın və xalq düş­mən­lə­ri­nin"ən uc­qar əya­lət mək­təb­lə­ri, kol­xoz və sov­xoz­­lar­da gös­tər­di­yi "təx­ri­bat iş­lə­rin­dən", "və­tən­pər­vər və sa­yıq"so­vet və­tən­daş­­la­rı­nın on­la­rı "if­şa et­mə­sin­dən"bəhs olu­nur, re­ji­min və kom­mu­nist ideo­lo­gi­ya­sı­nın, so­vet məh­kə­mə sis­te­mi­nin çü­rük­lü­yü və an­ti­hu­ma­nist ma­hiy­yə­ti bü­tün çıl­paq­lı­ğı ilə açı­lır.[10]Ha­cı­bəy­li­nin yaz­dı­ğı di­gər bə­dii əsər­lər­də də əsa­sən so­vet cə­miy­yə­tin­də­ki hə­yat tər­zi, re­ji­min ey­bə­cər­lik­lə­ri tən­qid hə­də­fi­dir. İs­te­dad­lı qə­ləm sa­hi­bi­nin diq­qət­çə­kən pub­li­sis­ti­ka nü­mu­nə­lə­rin­dən bi­ri iri­həcm­li me­mua­rı "Bir il xə­yal­lar­da və bü­töv bir ömür" ad­la­nır.

Be­lə­lik­lə, biz­cə, onun əsər­lə­ri bu­gün­kü ye­ni nə­sil tə­rə­fin­dən bü­töv­lük­də mə­nim­sə­ni­lər­sə, o za­man Azər­bay­can xal­qı türk­çü­lü­­yün/azər­bay­can­çı­lı­ğın han­sı mər­hə­lə­lər­dən keç­mə­si­ni bil­mək­lə ya­na­şı, ey­ni za­man­da onun əmə­yi­ni də sö­zün hə­qi­qi mə­na­sın­da dərk et­miş ola­caq­lar. Hər hal­da Cey­hun Ha­cı­bəy­li­nin is­tər Qu­zey Azər­bay­can­da, is­tər­sə də mü­ha­ci­rət­də ya­şa­dı­ğı dövr­də Azər­bay­can türk­çü­lü­yü, is­lam­çı­lıq və mil­li fəl­sə­fi fi­kir ta­ri­xi ba­xı­mın­dan ver­di­yi əmək da­nıl­maz­dır. Xü­su­si­lə də, onun Azər­bay­can xal­qı­nın ic­ti­mai fi­kir ta­ri­xi ba­xı­mın­dan apar­dı­ğı araş­dır­ma­lar diq­qə­ti çə­kir. Di­gər tə­rəf­dən Ha­cı­bəy­li So­vet Ru­si­ya­sı­nın kom­mu­nizm, ya da mark­sizm-le­ni­nizm tə­li­mi­nin əsil ma­hiy­yə­ti­nin or­ta­ya çıx­ma­sın­da da müs­təs­na zeh­ni və fi­zi­ki əmək sərf et­miş­dir. O, kom­mu­niz­min rus bol­şe­vik­lə­ri­nin əlin­də əs­lin­də bir müs­təm­lə­kə­şi­lik si­ya­sə­ti ol­ma­sı­nı və qey­ri-rus xalq­la­ra, xü­su­si­lə də türk-mü­səl­man xalq­la­ra qar­şı yö­nəl­dil­­mə­si­ni ifa­də et­mə­yə ça­lış­mış­dır.


[1]Hacıbəyli C. Azərbaycan davam edir."Azərbaycan" Münhen, 1951,№1

[2]Hacıbəyli C. Azərbaycan davam edir."Azərbaycan" Münhen, 1951,№1

[3]Yenə orada.

[4]Hacıbəyli C.Visbadendən – Ştarnberqə"Azərbaycan" Münhen, 1952,№5

[5]Hacıbəyli C.Visbadendən – Ştarnberqə"Azərbaycan" Münhen, 1952,№5

[6]Hacıbəyli C. Bir millətin namusu."Azərbaycan" yur., Münhen, 1953,№8

[7]Hacıbəyli C. Bir millətin namusu."Azərbaycan" yur., Münhen, 1953,№8

[8]Hacıbəyli C. Bir millətin namusu."Azərbaycan" yur., Münhen, 1953,№8

[9]Hacıbəyli C. Müəzzizənin lənəti. Seçilmiş əsərləri. Bakı, Elm, 2017, s.46-59

[10]Hacıbəyli C. Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı. Seçilmiş əsərləri. Bakı, Elm, 2017, s.306-323


MANŞET XƏBƏRLƏRİ