Günay Əfəndiyeva Polşada - FOTOLAR


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Polşa səfəri davam edir. Fondun prezidenti tatarların sıx məskunlaşdığı Polşanın Belostok şəhərini, eləcə də Sokoliki və Bohoniki bölgələrini ziyarət edib.

Günay Əfəndiyeva səfər çərçivəsində Polşanın Baş müftisi Tomasz Miskievicz, Belostok şəhərinin meri Tadeusz Truskolaski, Sokoliki Yerli Parlamentinin sədri Piotr Karol Bujvicki ilə görüşüb. Görüşlərdə türk kökənli milli azlıqların – altı əsrdən çox Polşa ərazisində yaşayaraq öz milli mənsubiyyətlərini qoruyub saxlayan tatarların zəngin irsinin beynəlxalq aləmdə təbliği, onların mədəniyyətinin, tarixinin qorunması ilə bağlı məsələlər müzakirə edilib.

Günay Əfəndiyeva türk xalqlarının qədim mədəni dəyərlərinin mühafizəsinin və gələcək nəsillərə ötürülməsinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib.

Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.

Daha sonra Günay Əfəndiyeva Belostok şəhərində tatarlara məxsus olan məscid və qəbirstanlığı ziyarət edib. Sokoliki bölgəsində yerləşən tatarların regional muzeyi ilə tanış olan Fondun prezidentinə, onların tarixi və mədəniyyəti ilə bağlı məlumat verilib.

Həmçinin Tatar İcmasının nümayəndələri tərəfindən konsert proqramı təqdim edilib. Onların ifasında tatar mahnıları səsləndirilib, milli rəqslər nümayiş olunub.

Bir 3 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 1 kişi ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir iç mekan görseli olabilir

Bir iç mekan görseli olabilir

Bir 1 kişi illüstrasyonu olabilir

Fotoğraf açıklaması yok.

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir


MANŞET XƏBƏRLƏRİ