"Bir şey aydındır - peyvənd olunmuş insanlar..." -ABŞ-ın baş infeksionisti


Gec-tez yeni bir koronavirus ştamı çox yoluxucu olduğu üçün geniş yayılacaq. Bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "ABC" telekanalın efirində deyib.

Fauçi bildirib ki, bu vəziyyətdə həkimlərin nöqteyi-nəzərindən ən vacib şey onların sərəncamında koronavirus infeksiyasının yayılması ilə mübarizə aparmağa imkan verən vasitələrin olub-olmamasıdır.

"Bu ştam haqqında çox şey bilmirik, amma bir şey aydındır - peyvənd edilmiş insanlar virusu qat-qat daha asan keçirirlər", - Fauçi vurğulayıb.

Daha əvvəl ÜST bildirib ki, "Omikron" adını daşıyan yeni ştamın yayılması ilə bağlı ümumi qlobal risk "çox yüksək" kimi qiymətləndirilir və onun dünyada geniş yayılma ehtimalı da yüksəkdir. Qurum bildirir ki, bu günə qədər "Omikron" ştamından ölümlə bağlı bir dənə də olsun hal aşkarlanmayıb. ÜST əlavə edib ki, mövcud diaqnostik testlərin əksəriyyəti yeni ştamı aşkar etməyə qadirdir. /virtualaz.org/


MANŞET XƏBƏRLƏRİ