Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar


COVID-19-la bağlı əks- göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi açıqlanıb.

Turkustan.az- ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası"nda əksini tapıb.

Qaydaya əsasən peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə etibarlı olacaq./Modern.az/


MANŞET XƏBƏRLƏRİ