"Saleh Rüstəmli məsələsini dövlət orqanları ilə müzakirə edəcəm" - MM-in Komitə sədri


"Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar".

Turkustan.azxəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, onun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək: "Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burda hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir".

Bu baxımdan Komitə sədri məsələni müvafiq dövlət hakimiyyət orqanları ilə müzakirə edəcək.


MANŞET XƏBƏRLƏRİ