Çexiya prezidenti NİYƏ ŞÜŞƏ QƏFƏSƏ SALINDI? - VİDEO


Çexiya prezidenti Miloş Zeman tutduğu koronavirus səbəbiylə şəffaf otaq şəklində keçirilən kabinədən baş nazir təyinat mərasiminə qatılıb. Prezident Zeman burada Petr Fialanı baş nazir təyin edib.

Türküstan.azxəbər verir ki,həkimlərin "vəzifəyə yararsız" olduğunu bildirdiyi Çexiya prezidenti Zeman buraxıldıqdan dərhal sonra təşkil edilən mərasimdə baş nazir təyin edib.

KABİNİN ARXASINDA MƏRASİMDƏ İŞTİRAK EDİB

Koronavirusa yoluxmuş Zeman mərasimə əlil arabası ilə gəldiyi şəffaf, otaq formalı pleksiglas kabinin arxasından qatılıb. Qoruyucu geyimli xüsusi zabitlər Zemanı kabinəyə gətiriblər.

BAŞ NAZİR AND İÇDİKDƏN SONRAVƏZİFƏSİNƏ BAŞLADI

Vətəndaş Demokratik Partiyası (ODS), TOP 09 və Xristian Demokratlar İttifaqının (KDU-CSL) yaratdığı Spolu Alyansının baş nazir namizədi Fiala and içdikdən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Oktyabrın 8-10-da ölkədə keçirilən parlament seçkilərində Spolu alyansı kiçik fərqlə qalib gəlib və prezident Zeman bundan dərhal sonra Praqadakı hərbi hospitalın reanimasiya şöbəsinə yerləşdirilib.

Mənbə:milliyet.com.tr

Hazırladı:Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ