Rusiya Türk Dövlətləri Təşkilatından narahat olub? - Ərdoğanın REAKSİYASI


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türk Dövlətləri Təşkilatının varlığından narahat olmasına dair məsələyə münasibət bildirib.

Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, xaricdə Türk Dövlətləri Təşkilatının varlığından narahat olan qüvvələr var.

"Amma bu məsələdən Rusiya narahat olub deyə bilmərəm" – Ərdoğan vurğulayıb.

""3+3" platforması aktivləşəcəyi təqdirdə regional sülhü isbatlamış olacaq" - Ərdoğan açıqlamasında deyib.

"Daha əvvəl 6-lıq platformasını gündəmə gətirmişdik. Bu 6-lıq platformanın Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul ediləcəyi təqdirdə Gürcüstanın qoşulması ilə aktivləşməsi regional sülhü isbatlamış olacaq. Biz bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu öyrəndik", -deyə Türkiyə Prezidenti bildirib.


MANŞET XƏBƏRLƏRİ