Aİ-95 ucuzlaşa bilər


Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum Tarif Şurasıdır. Gələcəkdə ölkəmizdə Aİ-95 benzini istehsal olunduqdan sonra onun qiyməti dövlət tərəfindən müəyyən edilə bilər.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.

"Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. İstehsal olunan dizel və benzinin qiymətini isə dövlət təyin edir. Gələcəkdə ölkədə istehsal olunacaq Aİ-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində deyil".

Qeyd edək ki, Aİ-95 yanacağı idxal edildiyi üçün qiyməti bahadır./axar.az/


MANŞET XƏBƏRLƏRİ