Qənirə Paşayeva qadın rəssamlarla görüşüb


MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qadın rəssamlar - Böyükxanım Dadaşova, Rüxsarə Abbasova, rəssam- dekorativ tətbiqi sənət ustaları Aytən Əliyeva, Aygün Nağıyevaya ilə görüşüb. Görüşdə Azərbaycanda rəssamlıq sənəti və qadın rəssamların tohfələri, uğurlar, problemlər, yeni yaradıcılıq planları ətrafında fikir mübadiləsi aparılıb.

Rəssamlar son vaxtlar Mədəniyyət Komitəsinin xətti ilə keçirilən sərgilərin incəsənət ictimaiyyətinin genis marağına və rəğbətinə səbəb olduğunu bildirib.

Komitə sədri rəssamlara Qarabag motivli xatirə hədiyyəsi bağışlayıb, onlara yeni yaradıcılıq uğurları diləyib.


MANŞET XƏBƏRLƏRİ