"Omikron"u öyrənmək üç həftə vaxt alacaq


Koronavirusun "Omikron" ştammını ətraflı öyrənmək üçün alimlərə təxminən iki-üç həftə vaxt lazımdır.

Turkustan.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Von der Leyen deyib.

"Biz "Omikron" haqqında hər şeyi bilmirik, lakin bu ştam narahatlıq doğurur. Alimlərə və peyvənd istehsalçılarına yeni ştam haqqında tam təsəvvürə malik olmaq üçün iki-üç həftə vaxt lazımdır. Bunu etmək vacibdir. Bu vaxtdan istifadə edin", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün yeni ştamın yaranması fonunda ən vacib məqam insanların təmas dairəsinin daralması və peyvəndləmə olacaq./Modern.az/


MANŞET XƏBƏRLƏRİ