SON DƏQİQƏ: Füzulidə DQ-ın 2 hərbçisi minaya düşdü


Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ