İxtisas seçiminin tarixi elan olundu


Bütün qruplar üzrə qəbul imtahanları artıq yekunlaşıb.

Son olaraq dünən I və IV qruplar üzrə nəticələr elan edildi.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimlərinə avqustun sonlarında start veriləcək.

Öncə ali təhsil müəssisələrinə, sonra isə kolleclər üzrə seçim aparılacaq.

Qeyd edək ki, ixtisas seçimi üçün "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq.


MANŞET XƏBƏRLƏRİ