Putindən ŞOK BƏYANAT: "Dövlətlər bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımalıdır"


"Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşdə bildirib.

Bununla yanaşı, V. Putin gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazım olduğunu deyib:

"Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır".

"Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəs maraqlıdır.Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır.Biz yaxın qonşu ölkələrik. Bizim böyük həcmdə ticarət dövriyyəmiz var. Yaxın vaxtlarda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işə başlamağı razılaşdırırıq. Bunun haqqında əlbəttə ki, bu gün danışacağıq. Aydındır ki, bu, çətin məsələdir, hələ Sovet İttifaqı dövründən qalıb, sərhədlər orada olmayıb. İmkan var ki, bu haqda danışaq", - Rusiya dövlət başçısı vurğulayıb.

Putin bildirib ki, "Bir il ərzində az iş görülməyib. Ən başlıcası gələcəkdə normal dinc həyat üçün şərait yaradılır": ""Baş nazirlərin müavinləri səviyyəsində Üçtərəfli İşçi Qrupu yaradılıb. Həmkarlarım mənə bu istiqamətdə işin necə getdiyi barədə məlumat verdilər. Bu sadə iş deyil. Lakin buna baxmayaraq, bu iş qabaqcıl vəziyyətdədir. Güman etməyə əsas var ki, yaxın vaxtlarda biz təkcə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müvafiq işçi qrupun işini təsdiqləməyəcəyik, eyni zamanda, bununla bağlı müvafiq qərar qəbul edəcəyik. Səylərimizin məqsədi də məhz bundan ibarətdir: regionun dirçəldilməsi, insanların özlərini təhlükəsiz hiss etmələri, təsərrüfat ilə məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün şərait yaratmaqdır. Bütün bunlar hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində öz əksini tapmalıdır. Rusiya üçün Azərbaycan və Ermənistanla münasibətlər xüsusi xarakter daşıyır. Biz bir vaxtlar eyni dövlətin tərkibində olmuşuq. Bizim dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin pozulmasını istəməzdim. Biz səy göstərməliyik ki, bu əlaqələr bərpa olunsun", - Rusiya Prezidenti vurğulayıb.

Putin "Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik" deyib: "Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin".

"Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır".

Bu fikirləri isə Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

"Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Buna görə də delimitasiya prosesinə hazırıq. Ermənistana təklifimiz isə qarşıdurmaya son qoymaq, bir-birimizin ərazi bütövlüyü tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamaqdır".

İ.Əliyev bildirib ki, "Azərbaycan bu il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələsində maksimum konstruktivlik nümayiş etdirib".Prezidentin sözlərinə görə, bundan sonra da bu işlər davam etdiriləcək.

İ.Əliyev deyib ki,"Bu formatda görüş ilin əvvəlində keçirilib, indi isə ilin sonunda keçirilir, odur ki, yekunlar aparmaq olar":

Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə ümumilikdə vəziyyət stabildir: "Ciddi insidentlər, qəsdən törədilən təxribatlar baş verməyib. Tək-tək hallar müşahidə olunub ki, bu da sistemli xarakter daşımayıb. Ona görə də yaxşı xidmət üçün Rusiya sülhməramlı qüvvələrinə təşəkkür edirik. Onlar regionda təhlükəsizliyi təmin edirlər".

Dövlət başçısı bildirib ki, Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib: "Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq.

Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən konsultativ dəstəyini yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq. Biz həmçinin, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistan tərəfinə sülh müqaviləsi üzərində işə başlamağı açıq şəkildə təklif etmişik".

"Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə hazırdır".

Bu sözləri də Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdə deyib.

Paşinyan kommunikasiyaların açılması mövzusunun da çox vacib olduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ