SON DƏQİQƏ: İlham Əliyev-Putin-Paşinyan görüşü başladı


Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

Rusiya dövlət başçısının iqamətgahında keçirilən görüş Qarabağda münaqişənin bitməsi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasının birinci ildönümünə həsr olunub.

remlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələlərinə baxılacaq.


MANŞET XƏBƏRLƏRİ