Cavid Qurbanov yenidən eyni vəzifəyə seçildi


Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti hesabat-seçki konfransı keçirilib.

Turkustan.az -ın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AVF-nin son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Cavid Qurbanovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Cavid Quliyev yenidən federasiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, Qurbanov 2016-cı ildən AVF-nin rəhbəridir.


MANŞET XƏBƏRLƏRİ