İLK AÇIQLAMA - Rusiya XİN-nin müavini Rudenkodan


Rusiya liderlərin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlərin müəyyən olunacağına ümid edir.

Bu barədə TASS-a açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Bizim gözləntilərimiz bu iki ölkədə, Rusiyada yaşayan bütün insanlar kimi, Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyin daha tez gəlməsinə bağlıdır. Görüş bütövlükdə 9 noyabr (10 noyabr-red.) 2020-ci il tarixində üçtərəfli atəşkəs bəyanatının imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar? Ümid edirik ki, görüşdə bəyanatı imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar", - rusiyalı diplomat vurğulayıb.

A. Rudenko əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var: "Bunlar həm nəqliyyat kommunikasiyalarının bloklanmasına, həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür".

Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi uzaq perspektivdə olmayan məsələdir.

"Hələlik bu məsələlər işlənilir. Bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, uzunmüddətli perspektivdə olmayan məsələdir", - rusiyalı diplomat vurğulayıb.

A.Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında Gürcüstan üçün yer Tbilisi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq: "Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Bu altı dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılır. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə ​​prosesin eyni tamhüquqlu iştirakçısı olacaq"


MANŞET XƏBƏRLƏRİ