"İran bilmədən Azərbaycanı bütövləşdirir" - Tehranın xəbis addımına ƏKS MÖVQE


Tehran Bələdiyyəsi küçələrə "Badkubə", "Şuşi", "Nardan", iki kiçik küçəyə isə "Aran" və "Lənkəran" adı verilib.

Sözügedən addım fars millətçiləri tərəfindən tvitter sosial şəbəkələrində tirajlanmaqdadir və görünür ki, Azərbaycanda da bu mövzuya kifayət qədər aqressiv yanaşmalar var.

Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, məsələyə fərqli rakursdan da yanaşmaq olar:

"Ola bilsin (elə belədir) bu, İranda hansısa mərkəzlərin preventiv addımdır və hədəf şübhəsiz ki, məlumdur, lakin Azərbaycan adlarının İrana köçürülməsi, Tehrana bənd edilməsi istər-istəməz Azərbaycanın yox, İranın Azərbaycanın tarixi bir tərkibi olduğu həqiqətini isbat edir, İran tarixinin minillik Türk səhifələrinə istinad edir.

Bir Azərbaycan vətəndaşı üçün unikal bir şərait meydana çıxır: Arazdan sərhədi keçirsən və səni bu ölkədə Azərbaycan adları, doğma isimlər müşayiət edir.

Bundan qətiyyən narahat olmaq lazım deyil, sabah orda Yasamal, Səbayıl adlarını da görə bilərik, nəticədə isə həm özümüzə xoş gəlir, həm özümüzü doğma ortamda hiss edirik, həm də hər yer Azərbaycandir və nə qədər böyük olduğumuzu şərait üzrə də dərk etmiş oluruq.


MANŞET XƏBƏRLƏRİ