Bu ölkədə "Şuşa-Azərbaycan" yazılı avtobusların fəaliyyəti dayandırıldı - SƏBƏB


Yunanıstanın Saloniki şəhərində ictimai nəqliyyatda avtobusların üzərinə "Şuşa - Azərbaycan" yazısı vurulub.

Yunanıstandakı erməni icmasının nümayəndələri vəziyyətə müdaxilə ediblər.

Onlar Saloniki şəhər hakimiyyətindən bu avtobusların hərəkətini qadağan etməyi tələb ediblər.

Məsələyə Ermənistanın Yunanıstandakı səfirliyi də müdaxilə edib.

Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan "RUSARMİNFO"nun sorğusuna cavab olaraq yazılar olan avtobusların hərəkətdən çıxarıldığını bildirib./anews.az/


MANŞET XƏBƏRLƏRİ