Ceyhun Hacıbəylinin dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq


Medianın İnkişafı Agentliyi yeni ofisə köçüb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

I Yazı

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı

elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Cey­hun Ha­cı­bəy­li (1891- 1962) Şu­şa­da ana­dan ol­muş, gənc yaş­la­rın­dan jur­na­list və mü­əl­lim ki­mi fəa­liy­yət gös­tər­miş­dir. Sor­bon­na Uni­ver­si­te­tin­də ali təh­sil alan Ha­cı­bəy­li Cüm­hu­riy­yət döv­rün­də "Azər­bay­can" qə­ze­ti­nin re­dak­to­ru və tə­sis­çi­lə­rin­dən bi­ri ol­muş­dur (1918-ci il, 15 sent­yabr – 1919-cu il yan­var). 1919-cu ilin yan­va­rın­da Cüm­hu­riy­yət hö­ku­mə­ti­nin Ver­sal Sülh Konf­ran­sın­da iş­ti­rak et­mək üçün Fran­sa­ya gön­dər­di­yi nü­ma­­yən­­də he­yə­ti­nin tər­ki­bin­də o da, var idi. Hə­min ilin so­nun­da Ha­cı­bəy­li­nin Pa­ris­də "İlk Mü­səl­man Res­pub­li­ka­sı Azər­bay­can" ad­lı əsə­ri işıq üzü gör­müş­dür. Cüm­hu­riy­yə­tin sü­qu­tun­dan son­ra Azər­bay­ca­na dö­nə bil­mə­yən Ha­cı­bəy­li bir müd­dət Pa­ris­də (Fran­sa), ya­şa­mış, bu­ra­da fran­sız qə­zet-jur­nal­la­rı ilə əmək­daş­lıq et­miş, "Kav­kaz" jur­na­lı­nın fran­sız nəş­ri­nin re­dak­to­ru ol­muş­dur.

1943-cü il­də Al­ma­ni­ya­da ya­ran­mış Azər­bay­can Mil­li Bir­lik Məc­li­si­nin ida­rə he­yə­ti­nin apa­rı­cı si­ma­la­rın­dan bi­ri olan Ha­cı­bəy­li hə­min təş­ki­la­tən Mün­hen­də nəşr olu­nan "Azər­bay­can" jur­na­lı­nın (Azər­bay­can türk­cə­si və rus­ca) bir müd­dət (1952-1954) re­dak­to­ru ol­muş­dur. Ey­ni za­man­da, o, "Azad­lıq" ra­dio­su­nun ya­ra­dı­cı­la­rın­dan, SSRİ-ni Öy­rən­mə İns­ti­tu­tu­nun fə­al üzv­lə­rin­dən ol­muş­dur.

Ha­cı­bəy­li və­fa­tın­dan üç gün əv­vəl 1962-ci ilin 19 okt­yab­rın­da Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin so­nun­cu da­xi­li iş­lər na­zi­ri Mus­ta­fa Və­ki­loğ­lu­na mək­tub ün­van­la­ya­raq Azər­bay­ca­nın is­tiq­la­lı üçün mü­ha­cir­lə­rin tək bay­raq al­tın­da bir­ləş­mə­lə­ri­ni və mü­ba­ri­zə apar­ma­­la­rı­nı ar­zu­la­mış­dır. Hər cür qrup­laş­ma­ya qar­şı ol­du­ğu­nu bil­di­rən Ha­cı­bəy­li dos­tu­na və­siy­yət edir­di ki, mü­ha­cir­lə­ri bir ye­rə top­la­maq la­zım­dır. Bu­nun­la bağ­lı "Mü­ca­hid" jur­na­lı­nın 1963-ci il nöm­rə­sin­də H.Xə­zə­rin "Cey­hun bə­yin və­siy­yə­ti" ad­lı mə­qa­lə də dərc olu­nub.[1]

Onun əsas əsər­lə­ri aşa­ğı­da­kı­lar­dır: 1) "İlk Mü­səl­man Res­pub­li­ka­sı Azər­bay­can"; 2) "Azər­bay­can mət­bu­at ta­ri­xi"; 3) "İs­lam əley­hi­nə təb­li­ğat və onun Azər­bay­can­da­kı me­tod­la­rı"; 4) "XIX əs­rin əv­vəl­lə­ri­nin Azər­bay­can ta­rix­çi­si A.A.Ba­kı­xa­nov"; 5) "Qa­ra­bağ dia­lek­ti və folk­lo­ru (Qaf­qaz Azər­bay­ca­nı)" və b.

Onun dün­ya­gö­rü­şün­də türk­çü­lük/azər­bay­can­çılq və is­lam­çı­lıq mə­sə­lə­lə­ri mü­hüm yer tut­muş­dur. Ha­cı­bəy­li­nin dün­ya­gö­rü­şün­də baş­­lı­ca yer tu­tan türk­çü­lük/azər­bay­can­çı­lıq ide­ya­sı üç mər­hə­lə­də - Cüm­­­hu­riy­yə­tə­qə­dər­ki, Cüm­hu­riy­yət və mü­ha­ci­rət döv­rün­də öz ək­si­ni ta­pıb.

Onun Cüm­hu­riy­yə­tə­qə­dər­ki dövr­də "Kas­pi", "İr­şad", "Tə­rəq­qi", "Proq­res" və "Ba­ku" qə­zet­lə­rin­də dərc olu­nan mə­qa­lə­lə­ri diq­qə­ti cəlb edir. Ha­cı­bəy­li "Kas­pi" qə­ze­tin­də dərc olu­nan "Hə­sən bəy Mə­li­ko­vun xa­ti­rə­si" və "Yed­di il" ad­lı mə­qa­lə­lə­rin­də Hə­sən bəy Zər­da­bi­nin tim­sa­lın­da Azər­bay­can xal­qı­nın mil­li si­ma­sı­nı ifa­də et­mə­yə ça­lış­mış­dır. "Hə­sən bəy Mə­li­ko­vun xa­ti­rə­si" mə­qa­lə­sin­də C.Ha­cı­bəy­li ya­zır­dı ki, Zər­da­bi qa­ran­lıq­lar üzə­ri­nə əsl zi­ya­lı ki­mi get­miş­dir. Ha­cı­bəy­li ya­zır­dı: "Onun mə­ra­mı, məq­sə­di o qə­dər möh­tə­şəm, əzə­mət­li idi ki, hər cür şəx­si in­cik­lik baş­la­nan mis­si­ya­nı ya­rım­çıq qo­ya bil­məz­di. Hə­sən bəy çö­rək qə­dər hə­ya­ti mə­sə­lə­lər­də be­lə öz şəx­si mə­na­fe­yi­ni ic­ti­mai ma­raq­la­ra qur­ban ver­mə­yə özün­də güc, qüd­rət tap­dı. Qə­za­da ona qə­ti tək­lif edil­di: ya xid­mə­ti Ye­ka­te­ri­noq­rad­da – yə­ni Qaf­qaz­dan kə­nar­da da­vam et­dir­mə­li, ya is­te­fa ver­mə­li! Hə­sən bəy ikin­ci­ni seç­di. Çün­ki mən­sub ol­du­ğu xalq­dan kə­nar­da ona hə­yat yox idi".[2]

C.Ha­cı­bəy­li mə­qa­lə­sin­də Zər­da­bi­nin nə şəx­siy­yə­ti və tər­cü­me­yi-ha­lı­nı, nə də Türk-Mü­səl­man cə­miy­yə­ti­nin onun əmə­yi­ni ne­cə qiy­mət­lən­dir­mə­si­ni de­yil, Azər­bay­can xal­qı üçün mü­qəd­dəs bir in­san ol­ma­sın­dan bəhs et­miş­dir. Ha­cı­bəy­li ya­zır­dı: "Mər­hum Hə­sən bə­yin şəx­siy­yə­ti və tər­cü­me­yi-ha­lı­na aid key­fiy­yət­lər­dən da­nış­ma­ya­ca­ğam; bü­tün hə­ya­tı­nı doğ­ma Və­tə­nə və öl­kə­yə həsr edən ada­mın han­sı və­ziy­yət­də bi­zi tərk et­di­yin­dən, dün­ya­sı­nı də­yiş­di­yin­dən da­nış­ma­ya­ca­ğam; mü­səl­man cə­miy­yə­ti­nin bu in­sa­nın xa­ti­rə­si­nə və on­dan son­ra qa­lan ailə­si­nə tə­əc­cüb do­ğu­ran mü­na­si­bə­tin­dən da­nış­ma­ya­ca­ğam. Hə­sən bə­yin xa­ti­rə­si­ni heç ol­ma­sa, adi qə­bir da­şı ilə əbə­di­ləş­dir­mək fik­ri­ni də­fə­lər­lə tək­rar­la­yan zi­ya­lı­la­rın nü­ma­yən­də­­lə­rin­dən so­ruş­ma­ya­ca­ğam ki, bəs fi­kir­lə­ri­ni­zə, ide­ya­la­rı­­nı­za nə ol­du, ni­yə on­lar sön­­dü­­? Şəx­si məm­nun­lu­ğun rəh­ni­ni ic­ti­mai səa­dət­də gö­rən mər­hu­mun ba­xış­la­rın­da qal­ma­maq ar­zu­su ilə bü­tün bu su­al­lar­dan mən sü­kut­la yan ke­çi­rəm. Hə­sən bə­yin unu­dul­muş xa­ti­rə­sin­də mən ək­si­nə uca­lı­ğı, yük­sək­li­yi, tə­miz Bib­li­ya tə­za­hü­rü gö­rü­rəm ki, on­dan bü­tün hə­ya­tı­nı xal­qı­na həsr edən, əvə­zin­də nə sağ­lı­ğın­da, nə də və­fa­tın­dan son­ra mü­ka­fat al­ma­yan in­san haq­qın­da gö­zəl əf­sa­nə ya­rat­maq olar. Elə bil ki, Hə­sən bə­yin hə­ya­tı da, ölü­mü də cə­miy­yət üçün qur­ban­lıq idi. Bu və­ziy­yət­də han­sı­sa bir sirr, mü­əm­ma var. Biz o xal­qıq ki, xan və müs­tə­bid­lə­rin zo­ra­kı­lı­ğın­dan bi­zi xi­las edən cən­ga­vər igid­lə­rin şə­rə­fi­nə şe­ir qo­şur, on­la­rı min­nət­dar­lıq his­si ilə yad edi­rik".[3]

C.Ha­cı­bəy­li Zər­da­bi­yə həsr et­di­yi "Yed­di il" ad­lı mə­qa­lə­sin­də də ya­zır­dı ki, mü­səl­man­la­rın mə­də­ni-maa­rif­çi­lik sa­hə­sin­də pio­ne­ri sa­yı­lan Hə­sən bəy Mə­li­ko­vun və­fa­tı­nın 7 ili ta­mam ol­sa da, hə­lə də Zər­da­bi­nin or­ta­ya at­dı­ğı mil­lət yo­lu nə­in­ki ye­tə­rin­cə ilə­ri get­miş, üs­tə­lik Zər­da­bi­nin özü be­lə az qa­la unu­dul­ma­ğa baş­la­mış­dır. Ha­cı­bəy­li ya­zır­dı: "Ba­kı­lı­la­rın pa­fos­lu nitq­lə­ri və tən­tə­nə­li mə­ra­sim­lə öz xa­dim­lə­ri­ni dəfn et­dik­lə­ri hə­min gün­dən vur-tut 7 il ke­çir. Hə­lə tam so­yu­ma­mış me­yit üzə­rin­də səs­lə­nən o çı­xış­lar mə­nim in­di də qu­laq­la­rım­da­dır. Aman Al­lah, hə­min nitq­lər­dən ne­cə od-alov püs­kü­rür­dü, çı­xış­lar ürək­lər­də ne­cə bir ümid çı­ra­ğı yan­dı­rır, mər­hu­mun xa­ti­rə­si min­nət­dar­lıq his­si ilə ne­cə yad edi­lir­di. Hə­min gün­dən cə­mi yed­di il öt­müş­dür. Nə ol­su­n? O təm­tə­raq­lı, iba­rə­li nitq­lər­dən nə qal­­dı­­? De­yə­sən, kü­lək elə hə­min gün o çı­xış­la­rı so­vu­rub apar­dı. Hə­sən bəy tən­tə­nə­li şə­kil­də dəfn olun­du, onun haq­qın­da 2-3 gün də or­da-bur­da da­nış­dı­lar, qə­zet və jur­nal­lar onun bi­oq­ra­fi­ya­sı­nı dərc et­di­lər, port­re­ti­ni ver­di­lər – vəs­sa­lam".[4]

Ha­cı­bəy­li he­sab edir­di ki, xalq öz zi­ya­lı­sı­na sa­hib çıx­ma­lı və onu la­zı­mın­ca də­yər­lən­dir­mə­li­dir: "Bü­tün hal­lar­da, iş ye­ri­nə zə­ma­nət ver­mək­də də, ye­rə təq­dim et­mək­də də, və­zi­fə­də yük­səl­mək­də də Mə­li­kov­lar ailə­sin­dən yan ke­çi­lir. Bu­nu izah et­mək çox çə­tin­dir. Hər hal­da xalq xa­di­mi­nin ailə­si­nə nə­in­ki yar­dım gös­tə­ril­mir, ək­si­nə, bu ailə­nin üzv­lə­ri sı­xış­dı­rı­lır, öz əmək­lə­ri he­sa­bı­na ya­şa­ma­ğa ma­ne­çi­lik tö­rə­di­lir. Bun­lar nə­yə la­zım­dı­r? Nə məq­səd­lə edi­li­r? Bə­zi­lə­ri­nin bil­di­yi, la­kin sus­du­ğu, bə­zi­lə­ri­nin isə bil­mə­di­yi bu və­ziy­yət xü­su­si öy­rə­nil­mə­li, araş­dı­rıl­ma­lı­dır. Yox­sa, öz can yan­dı­ra­nı­mı­zın, hi­ma­yə­­da­rı­mı­zın xa­ti­rə­si­nə bu cür mü­na­si­bət az-çox mə­də­ni cə­miy­yət­də hə­lə tə­sa­düf olun­ma­yan xü­su­siy­yət­lə­ri­mi­zi üzə çı­xa­ra bi­lər. Hət­ta vəh­şi­lər be­lə öz baş­çı­la­rı­nın mə­zar­la­rı­nı bə­zə­yir­lər. Biz­də vəh­şi­lik döv­rü keç­miş­dir­sə də, mə­də­ni dövr hə­lə baş­la­ma­mış­dır…"[5]

Azər­bay­can Cüm­hu­riy­yə­ti döv­rün­də nəşr olu­nan "İt­ti­had" və "Azər­bay­can" qə­ze­tin­də re­dak­tor iş­lə­di­yi dövr­də bu və ya di­gər for­ma­da Azər­bay­can Mil­li İde­ya­sı­nı özün­də əks et­di­rən mə­qa­lə­lər yaz­mış­dır. Biz­cə, "Azər­bay­can" qə­ze­tin­də re­dak­tor iş­lə­di­yi dö­nəm Ha­cı­bəy­li­nin Azər­bay­can mil­li ide­ya­sı­nı mə­nim­sə­mə­si ba­xı­mın­dan çox önəm­li ol­muş­dur. Ar­tıq o, "Azər­bay­can" qə­ze­tin­də ya­yın­la­nan mə­qa­lə­sin­də "Azər­bay­can", "azər­bay­can­lı", "Azər­bay­can türk mil­lə­ti", "Azər­bay­can mil­lə­ti" ki­mi ifa­də­lə­rə yer ve­rir­di

Onun Cüm­hu­riy­yə­ti döv­rün­də Azər­bay­can Mil­li ide­ya­sı is­ti­qa­mə­tin­də gör­dü­yü ən mü­hüm iş­lər­dən bi­ri də Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tər­ki­bin­də Ver­sal sülh konf­ran­sın­da iş­ti­rak et­di­yi za­man Pa­ris­də "Azər­bay­can ilk mü­səl­man Res­pub­li­ka­sı" kit­­a­bı­nı nəşr et­dir­mə­si­dir. O, bu əsə­rin­də "Azər­ba­yan" ide­ya­sı­nı ge­niş şə­kil­də açıq­la­ya­raq dün­ya ic­ti­ma­iy­yə­ti­nə, o cüm­lə­dən Ver­sal sülh konf­ran­sı­nın iş­ti­rak­çı­la­rı­na çat­dır­ma­ğa ça­lış­mış­dır. Bu­ra­da baş­lı­ca mə­sə­lə Azər­bay­ca­nın müs­tə­qil­lik yo­lun­da at­dı­ğı ad­dım­lar, ey­ni zam­­an­da ilk mü­səl­man və türk öl­kə­si ki­mi res­pub­li­ka yo­lu­nu seç­mə­si idi.

C.Ha­cı­bəy­li Pa­ris­də ya­şa­dı­ğı ilk il­lər­dən ba­car­dı­ğı qə­dər Azər­bay­can Mil­li ide­ya­sı­nı özün­də əks et­di­rən mil­li ruh­lu mə­qa­lə­lər yaz­mış­dır. On­la­rın ara­sın­da Ha­cı­bəy­li­nin 1928-ci il­də "Azia­tik" jur­na­lın­da A.A.Ba­kı­xa­nov haq­qın­da dərc et­di­yi mə­qa­lə­lər, o cüm­lə­dən 1933-cü il­də "Azia­tik-rev­yu" jur­na­lın­da ya­yım­la­nan, bu gün də əhə­miy­yə­ti­ni itir­mə­yən "Qa­ra­bağ azər­bay­can­lı­la­rı­nın dia­lek­ti" ad­lı el­mi mə­qa­lə­si diq­qə­ti cəlb edir. Onun mü­ha­ci­rət dö­nə­min­də qə­lə­mə al­dı­ğı əsər­lə­ri ara­sın­da "Azər­bay­can mət­bu­at ta­ri­xi" və "İs­lam əley­hi­nə təb­li­ğat və onun Azər­bay­can­da­kı me­tod­la­rı"ad­lı iri həcm­li təd­qi­qat əsər­lə­ri də mü­hüm əhə­miy­yət kəsb edir. Bu onun gös­tə­ri­ci­si­dir ki, C.Ha­cı­bəy­li mü­ha­ci­rət­də ya­şa­dı­ğı bü­tün dövr­də Azər­bay­can mil­li ide­ya­sı ama­lın­dan dön­mə­miş, son nə­fə­si­nə­dək So­vet im­pe­ri­ya­sı­na qar­şı ideo­lo­ji mü­ba­ri­zə apa­ra­raq Azər­bay­ca­nın is­tiq­la­lı uğ­run­da mü­ca­di­lə ver­miş­dir. O, 1950-ci il­lər­də F.Dü­dən­gins­kiy­lə bir­lik­də Mil­li Bir­lik Məc­li­si­nə rəh­bər­lik et­miş, Azər­bay­ca­nın is­tiq­la­lı­na ça­lış­mış­dır. Dü­dən­gins­ki Ha­cı­bəy­li haq­qın­da ya­zır­dı: "so­vet­lər... bu gün Mil­li İs­tiq­lal Hə­rə­ka­tı­mı­zı ida­rə edən C.Ha­cı­bəy­li­ni isə xal­qı­mı­za büs­bü­tün unut­dur­ma­ğa qə­rar ve­rib­lər".[6]

Mil­li Bir­lik Məc­li­si­nin əsas mət­bu or­qa­nıC.Ha­cı­bəy­li­nin və F.Dü­dən­gins­ki­nin re­dak­tor­lu­ğuy­la 1950-ci il­lər­də Al­ma­ni­ya­da-Mün­hen­də ya­yım­lıa­nan "Azər­bay­can" jur­na­lı idi. Bu jur­na­lın əsas məq­sə­di SSRİ im­pe­ri­ya­sı­na qar­şı təb­li­ğat iş­lə­ri apar­maq, kom­mu­nist ideo­lo­gi­ya­sı­nın zə­rər­li ideo­lo­gi­ya ki­mi gec-tez məh­və məh­kum ol­ma­sı­nı gös­tər­mək­lə ya­na­şı, Azər­bay­can mil­li ide­ya­sı­nı ya­şat­maq idi. Bu­nu, C.Ha­cı­bəy­li­nin "Azər­bay­can" ju­ran­lın­da yaz­dı­ğı mə­qa­lə­lər­dən –"Azər­bay­can da­vam edir", "Vis­ba­den­dən – Ştarn­ber­qə", "Şa­ma­xı məh­kə­mə­si", "Ko­or­di­nas­yon Mər­kəz", "İkin­ci mər­hə­lə", "Hürr Dün­ya türk xalq­la­rı­nı so­vet­lə­rin zül­mün­dən qur­tar­ma­lı", "Bir mil­lə­tin na­mu­su" və baş­qa­la­rın­dan da gör­mək olar.

Mün­hen­də nəşr olu­nan "Azər­bay­can" jur­na­lı­nın ilk sa­yın­da C.Ha­cı­bəy­li "Azər­bay­can da­vam edir" (1951-ci il, №1) baş mə­qa­lə­­sin­də ya­zır­dı ki, bun­dan 32 il əv­vəl ida­rə et­di­yi mil­li "Azər­bay­can" qə­ze­ti­ni qar­da­şı Üze­yir Ha­cı­bəy­li­yə hə­va­lə edə­rək, ye­ni bir və­zi­fə ilə Av­ro­pa­ya gəl­miş­di. Ha­cı­bəy­li ya­zır­dı: "Ye­ni təş­kil et­di­yi­miz Azər­bay­can döv­lə­ti­ni, baş­qa mə­də­ni mil­lət­lər və Sülh Konf­ran­sı­na top­lan­mış döv­lət­lər rəs­mi su­rət­də ta­nı­maq­la mis­yo­nu­mu­zun üç ay so­nun­da bi­tə­cə­yi­ni zənn edir­dik. Pa­ri­sə gə­lər-gəl­məz ye­nə "Azər­bay­can" adın­da fran­sız­ca ola­raq ay­lıq bir bül­le­ten nəşr edə­rək, Av­ro­pa ic­ti­ma­iy­yə­ti­ni məm­lə­kət və mil­lə­ti­mi­zə da­ir tür­lü mə­lu­mat ve­rə­rək ay­dın­laş­dır­dıq. Bu bül­le­te­ni 11 nüs­xə çı­xa­ra bil­dik. Gə­rək biz və gə­rək­cə və­tən­də qa­lan­la­rı­mız üç ay müd­də­tin uzan­ma­sı so­nu­cun­da gün­lə­ri çox uzun gö­rür­dük. Bil­mir­dik ki, bir ço­xu­muz gö­zəl və­tə­ni­mi­zi bir da­ha gör­mə­yə­cə­yik".[7]

C.Ha­cı­bəy­li­yə gö­rə, an­caq ümid­lə­ri­nin, göz­lə­dik­lə­ri­nin ək­si­nə ola­raq Ru­si­ya­dan gə­lən qa­ra dal­ğa tor­pa­ğı­mı­zı si­lib sü­pür­müş­dü. Ha­cı­bəy­li ya­zır­dı: "Nə­cib Azər­bay­can Türk mil­lə­ti ya­ban­çı bir düş­mən əli­nə keç­di. 27 ni­san fa­ciə­si­nin tə­fər­rüa­tı gə­lə­cək Azər­bay­can ta­ri­xin­də qa­ra bir sə­hi­fə tu­ta­caq. O fa­ciə­nin təh­li­li­nə və­tən­də baş­la­maq üz­rə in­di­lik açıq ya­ra­­mı­zı qur­da­la­ma­ğı özü­mü­zə rə­va gör­mə­di­yi­miz­dən sü­kut edi­rik. Məq­­səd­­i­miz mil­li bir­li­yi qur­maq­dır və bir­lik mü­ha­ci­rət­də baş­la­­ma­lı­dır. Bü­tün azər­bay­can­lı­la­rı is­tis­na­sız ola­raq bu bu bir­li­yə də­vət edi­rik".[8]


[1]Xəzər H. Ceyhun bəyin vəsiyyəti."Mücahid" yur., Paris, 1963,№10 (53-54), s.18-21

[2]Hacıbəyli C. Həsən bəy Məlikovun xatirəsi. "Kaspi" qəz., 28 noyabr 1912-ci il, №269

[3]Hacıbəyli C. Həsən bəy Məlikovun xatirəsi. "Kaspi" qəz.,28 noyabr 1912-ci il, №269

[4]Hacıbəyli C. Yeddi il. "Kaspi" qəz.,28 noyabr 1914-cü il, №267

[5]Hacıbəyli C. Yeddi il. "Kaspi" qəz.,28 noyabr 1914-cü il, №267

[6]"Azərbaycan" Münhen, 1952,№17

[7]Hacıbəyli C. Azərbaycan davam edir."Azərbaycan" Münhen, 1951,№1

[8]Yenə orada.


MANŞET XƏBƏRLƏRİ