Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO


Fransada klublararası güləş çempionatı start götürüb.

Turkustan.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanıb. Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.


MANŞET XƏBƏRLƏRİ