Gürcüstanda həbsxana önündə aksiya: soydaşımız öldü


Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında keçirilən aksiya zamanı bir nəfər şəxs dünyasını dəyişib.

Turkustan.az Gürcüstan mediasına istinadən xəbər verir ki, dünyasını dəyişən şəxsin Dmanisinin Dunus kəndindən olan C.Hüseynov olduğu bildirilir.

Məlumata əsasən, 54 yaşlı C.Hüseynovun aksiya zamanı halı anidən pisləşib, o təcili tibbi yardım briqadası tərəfindən Rustavi xəstəxanasına aparılsa da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hazırda məlum deyil, lakin Daxili İşlər Nazirliyi faktla bağlı intihara sövq etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 115-ci bəndi ilə istintaq başladıb./Modern.az/


MANŞET XƏBƏRLƏRİ