Sabunçuda böyük ƏMƏLİYYAT: 26 nəfər həbs edildi- VİDEO


Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində, əllərdə saxlanılan odlu silah-sursat və oğurluq əməllərində şübhəli bilinən 26 nəfər tutularaq istintaqa cəlb edildi.

Turkustan.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Əməliyyat-axtarış tədbirləri rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində aparılıb.
1 ədəd yivli avtomatik tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar, 1 ədəd əl qumbarası, 11 ədəd patron, 2 ədəd sənədləri olmayan ov tüfəngi, 1 ədəd pnevmatik tapança, 92 qram heroin, 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi və s. aşkarlanıb.
Rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ