Bakıda "Bütöv Azərbaycan" məktəblərarası rəsm sərgisi keçirildi - FOTOLAR


"MilliÖN" və Yaşat fondunun birgə təşkilatçılığı ilə "Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirildi.

5 noyabr tarixində "MilliÖN" və Yaşat fondunun birgə təşkilatçılığı ilə "Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirildi. Sərgi iştirakçıları, dövlət və özəl təhsil müəsisələrinin şagirdləri idi. Sərgidə ölkə üzrə ümumilikdə 10 fərqli məktəb tərəfindən göndərilmiş 67 ədəd rəsm və əl işi nümayiş olundu.

Tədbirin əsəs məqsədi istedadı olan şagirdləri bu istiqamətdə həvəsləndirmək və onlarda vətənpərvərlik hislərini daha da artırmaqdan ibarət idi.

Sərgi xeyriyyə məqsədi ilə təşkil edilmişdi. Nümayiş olunan rəsm əsərlərinin gəliri birbaşa olaraq Yaşat fonduna ianə edildi. Belə ki, əsərləri almaq istəyən şəxslər sərgi zalında yerləşdirilmiş "MilliÖN" terminalları vasitəsi ilə Yaşat fonduna ianə edir, qəbzi sərgi təşkilatçılarına təqdim edərək əsərləri əldə edirdilər.

Sərginin sonunda nümayiş olunan bütün əsərlər satıldı.

"Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirilib - FOTO "Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirilib - FOTO "Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirilib - FOTO

"Bütöv Azərbaycan" məktəblilərarası rəsm sərgisi keçirilib - FOTO


MANŞET XƏBƏRLƏRİ