Azərbaycanda avtomobillərin utilizasiyaya verilməsi zamanı tələb olunan sənədlər müəyyənləşir.
Turkustan.az xəbər verir ki, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.
Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb ediləcək:
- nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
- nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqiiyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
- fıziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Ərizəyə baxılması və sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması bu Qanunun 14-5-cü maddəsinin altıncı -onuncu hissələrində müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Göstərilən sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt (bundan sonra - akt) tərtib olunur və aktda aşağıdakılar göstəriləcək:
- nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat; nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları; nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar; güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.
- Akt ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir.
- Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizatortərəfindən bu Qanunun 14-8-ci maddəsinin tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir.
- Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən 3 (üç) iş günü müddətində operatora göndərilir.
- Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya vehlmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yanmqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.
Qeyd edək ki, Utilizasiyaya verilən avtomobilin sahibi yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş alacaq.
Bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-8-ci maddədə (Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqinin xüsusiyyətləri) əksini tapıb.
Layihəyə əsasən utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır. Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər. (publika.az)