Azərbaycanda 15 yaşlı qız sevdiyi ilə qaçdı - Uşaq dünyaya gətirdi


Şamaxı rayonunda 1996-cı il təvəllüdlü İsa yetkinlik yaşına çatmayan Xatirə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Turkustan.az
-ın əldə etdiyi məlumata görə, İsa 1 avqust 2021-ci ildən 2 avqust 2021-ci ilə keçən gecə və həmin tarixdən 12 dekabr 2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə Şamaxı rayonunun kəndində yerləşən fərdi yaşayış evində Xatirə ilə cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən İsanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2021-ci ilin təxminən fevral ayında Yardımlı rayonunda yaşayan Xatirə ilə tanış olub:

"Bir-birimizi bəyəndiyimiz üçün mən və valideyinlərim Xatirənin evinə el adətinə uyğun olaraq elçi getdik. Həmin vaxt Xatirə ilə nişanlandıq. Düşündük ki, Xatirənin yaşı nikaha düşdükdə evlənərik. Lakin Xatirənin evində problemlər olduğu üçün onun öz razlığı ilə onunla qoşularaq qaçdı. Xatirəni yaşadığım kəndə öz evimə gətirdim. Lakin həmin vaxtlarda ölkə ərazilərində COVİD-19 virusu ilə əlaqədar toyumuzun keçrilməsinə icazə verilmədiyi üçün biz toy edə bilmədik".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə onun valideyinləri yaşadıqları kənddə onlar üçün toy edib:

"Həmin gündən biz bir yerdə, yəni özümüzə məxsus otaqda qalmağa başladıq. Mən Xatirə ilə təbii yolla cinsi əlaqədə oldum. Bu hallar hər dəfə təkrarlandı. İlk əvvələr Xatirənin yaşı az olduğu üçün biz uşaq olmasın deyə qorunurduq. Lakin sonradan qərara gəldik ki, uşağımız olsun, buna görə də qorunmadıq".

İsanın sözlərinə görə, Xatirə 2021-ci ilin noyabrında hamilə olduğunu ona bildirib:

"Biz Şamaxı rayon Mərkəzi xəstəxanasına getsək də, həyat yoldaşımın yaşının az olmasını səbəb gətirərərək bizi qəbul etmədilər. Həyat yoldaşım ilə birlikdə Bakı şəhərinə xəstəxanaya gedərək uzi müayinəsindən keçdik və yaşadığımız kəndə gəldik. Daha sonra mən və ailə üzvlərim doğuş üçün Şamaxı rayonuna müraciət etsək də, yenə bizi qəbul etmədilər. Həmin vaxt həyat yoldaşım, anam və atam Bakı şəhərində Respublika xəstəxanasına getdik. Orada həyat yoldaşım bir neçə analiz müayinəsindən keçdi. Həkimlər həyat yoldaşımın qanının az olmasını səbəb gətirərək ona təbii doğuşa icazə olmadığını dedilər. Elə həmin gün qeysəriyyə əməliyyatı oldu və uşaq dünyaya gəldi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Xatirə ilə onun öz razılığı əsasında cinsi münasibətdə olub, Xatirəyə qarşı hər-hansı bir seksual xarakterli hərəkətlər etməyib.

Təqsirləndirilən şəxs deyib ki, Xatirə ilə cinsi münasibətdə olan zaman onun 15 yaşı olub.

Deyib ki, Xatirə ilə 15 yaşı olan zaman cinsi münasibətdə olsa da, o, bu münasibətin qanunla qadağan olunmasını, cinayət məsuliyyəti yaratmasını bilməyib.

Şamaxı rayon Məhkəməsinin hökmü ilə İsanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq olmaqla 1 il 6 ay müddətinə şərti cəza verilib. /demokrat.az/


MANŞET XƏBƏRLƏRİ