"Azərbaycanın müstəqillik günü kimi tariximizə həkk olunan 28 May günü həm də, azad Laçına laçınlıların qaydışının başlanğıc günü kimi düşdü. Burda da, bəlkə bir tarixi məntiq də var. Çünki, laçınlılar Laçını 1992-ci ildə məhz may ayında tərk etmək məcburiyyətində qalmışdılar".
Milli Məclisin deputatı Aqil MəmmədovTurkustan.az-a açıqlamasında bu fikirləri Prezident İlham Əliyevin 28 may tarixində Laçın şəhərindəki çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş Laçında qısa müddətdə yaşayış üçün həyati infrastruktur bərpa olunub, Laçın işğaldan əvvəl olduğundan daha görkəmli olub: "Bu onu göstərir ki,Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Artıq, Laçına ilk köç həyata keçirilib. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaq. Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Ölkə başçısının bildirdiyinə görə bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların ixtiyarına veriləcək".
A.Məmmədov bildirib ki, qayıdış prosesinin Laçından başlanması təsadüfi deyil: "Bilirsiniz ki, Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu bölgədə sakinlərin qayıdışına başlaması və yerləşdirilməsi strateji əhəmiyyətə malikdir. Bununla bağlı millət vəkili Prezident İlham Əliyevin çıxışındakı bir məqamı xatırlatdı. Prezident bildirdi ki, "Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq".
A.Məmmədovun sözlərinə görə dövlət baçmısı bu günlrdə həmçinin, Kəlbəcər rayonunda bir sıra açılışlar edib həmçinin, ilk yaşayış məhəlləsinin təməlini qoyub: "Laçına bu qədər qısa vaxtda həyata keçirilən ilk köçdən sonra artıq, Milli Məclisdə təmsil etdiyim Kəlbəcər sakinləri də qayıdış gününü səbirsizliklə gözləyirlər. Biz inanırıq ki, Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə azad olunmuş rayonlarda aparılan böyük dirçəliş işləri bu arzuları da tezliklə reallaşdıracaq".
Eltac/Turkustan.az