"Xəyyam Abdinovun həbsinin muzeyin fəaliyyəti ilə bağlılğı yoxdur..."


Bakıdakı Müasir İncəsənət Muzeyi bəzi KİV-lərdə bu muzeyin keçmiş direktoru Xəyyam Abdinovun həbsi barədə yayılmış xəbərləri şərh edib. Muzeyin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov həmin vəzifədən azad edilib və çoxdandır muzeydə işləmirdi. "Xəyyam Abdinovun həbsinin Müasir İncəsənət Muzeyinin fəaliyyəti ilə heç bir bağlılığı yoxdir", - indiki direktor bildirib.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Xəyyam Abdinov artıq Müasir İncəsənət Muzeyinin direktoru deyil.Türküstan.azxəbər verir ki, Abdinov uzun müddətdir ki, bu vəzifədən azad edilib.

Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.

Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Abdinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.

(virtualaz.org)


MANŞET XƏBƏRLƏRİ