Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Qarabağ"ı tərk etməsiylə bağlı məlumat vermişdik.
Turkustan.az xəbər verir ki, dünənə qədər bu xəbər nə Ağdam təmsilçisi, nə 27 yaşlı forvard tərəfindən açıqlanırdı. Ancaq mükafatlandırma mərasimindən sonra Şeydayev baş məşqçisi Qurban Qurbanovla qucaqlaşması gündəm oldu.
51 yaşlı mütəxəssis, bu barədə verilən suala "Bəli, daha çox vida görüşünə oxşayırdı" deyə cavab verməsi Ramilin "Qarabağ"ı ikinci dəfə tərk etməsi (ilk dəfə 2017/18) anlamına gəlirdi.
(publika.az)