"Vaqner" muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, bu, "Vaqner"in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir:
"Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər".
Danilov Baxmutun müharibənin gedişatında mühüm rol olduğunu vurğulayıb:
"Biz şəhəri müdafiə etməyə davam edəcəyik".
Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, "Vaqner"çilər şəhərdən çıxmağa başlayıblar:
"Vaqner"lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, "Vaqner"çilər yenidən hücuma keçə bilərlər".
Qeyd edək ki, "Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yengeni Priqojın daha əvvəl demişdi ki, onlar iyunun 1-də şəhərdən tamamilə çıxacaqlar. /Bakıvaxtı.az/