İlon Mask insan beyninə çip yerləşdirəcək


Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti ABŞ-nin tənzimləyici orqanından beyinə çiplərin implantasiyası üçün insanlar üzərində klinik təcrübələr keçirmək üçün icazə alıb.

Turkustan.az xəbər verir ki, bu barədə şirkətin "Twitter"dəki bəyanatında deyilir.

ABŞ Qida və Dərman İdarəsinin müsbət qərarından sonra "Neuralink"in klinik sınaqlar üçün könüllü axtarışına başlayacağı bildirilir.

Qeyd edək ki, Mask iddia edir ki, onun texnologiyası kor və ya iflic olan insanlara tam həyata qayıtmağa imkan verəcək. /525.az/


MANŞET XƏBƏRLƏRİ