"Whatsapp"-da nömrəni gizlətmək mümkün olacaq


"Whatsapp"a yeni xüsusiyyət əlavə olunacaq. Belə ki, bu yeniliyi tətbiq etməklə insanlar öz nömrələrini yox, istifadəçi adını göstərə biləcəklər.

Turkustan.az xəbər verir ki, yenilikdən sonra insanlar istifadəçi adları vasitəsilə ünsiyyət qura biləcəklər.

Məlumatda bildirilib ki, funksiya hazırda inkişaf mərhələsindədir. Geniş ictimaiyyət üçün əlçatan olduqda, istifadəçi adı bölməsi "WhatsApp" parametrlərində qeyd ediləcək.

Xatırladaq ki, bu funksiya Teleqramda mövcuddur. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ