Güney Azərbaycan şəhərlərində ədliyyə işçiləri aksiya keçirdi


Ədliyyə işçiləri İranın Qərbi Azərbaycan, Zəncan və Həmədan daxil olmaqla, İranın müxtəlif vilayətlərində piket keçiriblər.

Turkustan.azxəbər verir ki, sosial mediada yayılan xəbər və görüntülərə istinadən, işçilər oktyabrın 25-də şəhərlərin ədliyyə idarələri önündə toplaşaraq rəsmilərdən məişət şəraitlərinə diqqət yetirilməsini tələb ediblər.

Ədliyyə idarələrinin inzibati işçiləri gəlirlərinin inflyasiya səviyyəsindən xeyli aşağı olduğunu söyləyirlər.

Dövlət agentliyi İRNA-nın daha əvvəl yaydığı məlumata əsasən, ədliyyə işçiləri həbsxana idarələri çalışanlarının yararlandığı "fövqəladə özəl" hüquq və ödənişlərin onlara da şamil olunmasını istəyirlər.

İctimai fəallar bəzi dövlət qurumlarına çalışan inzibatı işçilərə "fövqəladə özəl" imtiyazların verilməsini digər işçilərə qarşı ayrı-seçkilik olduğunu önə çəkirlər.


MANŞET XƏBƏRLƏRİ