Qazaryan: "Ümid edirəm ki, Arayik 200 gündən sonra Şuşada olacaq və..."


Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Ermənistan rəhbərliyinə və Xankandindəki separatçıların başçısı Arayik Harutyunyana qarşı ironik çıxışlarını davam etdirir.

Turkustan.azxəbər verir ki, Qazaryan bu dəfə Paşinyan və Hartyunyana Şuşada inşa edilən parlament binasının açılışını xatırladıb: "Arayik Harutyunyan və Nikol Paşinyanın Şuşada "Artsax"ın Milli Məclis binasının açılış mərasimində iştirak etmək üçün çox az vaxt qalıb. Araik Harutyunyan müharibədən bir neçə gün əvvəl 2020-ci il sentyabrın 19-da Facebook səhifəsində foto yayımlayıb. "2022-ci ilin mayında qala şəhərinin azad edilməsinin (işğalının) 30 illiyi münasibətilə Artsaxın Milli Məclisinin iqamətgahı Xankəndindən Şuşaya köçürüləcək. 2022-ci il mayın 9-da Şuşanın 30 illiyi qeyd olunmasına 200 gündən az vaxt qalıb. Ümid edirəm ki, Arayik Harutyunyan Nikol Paşinyanla birlikdə Şuşada olacaq və verdiyi sözü yerinə yetirəcək?"

Qeyd edək ki, bu günlərdə E.Qazaryan ironik şəkildə Paşinyanın Füzuli Hava Limanının açılışına dəvət edilməməsinin yolverilməz olduğunu yazmışdı.

Eltac


MANŞET XƏBƏRLƏRİ