Azərbaycanda futbol matçında 21:0 hesabı qeydə alındı - FOTO/VİDEO


Azərbaycanda keçirilən futbol matçında 21:0 hesabı qeydə alınıb.

Xəbərə görə, bu, AFFA-nın keçirdiyi həvəskar xarakterli Region Liqasında baş tutub.

Belə ki, millimizin sabiq futbolçusu Cavid Hüseynovun yaratdığı "Cəbrayıl" komandası "Davam Gənclər Hərəkatı" İctimai Birliyinə məxsus olan "Davam" komandasını 21:0 hesabı ilə darmadağın edib.

Bu Paytaxt və Şimal regionunun B qrupu çərçivəsində keçirilən ilk turun görüşü olub.

Qeyd edək ki, bu qrupda "Şahdağ" (Quba), "İrəvan" (Bakı) və "Mübariz" (Bakı) komandaları da çıxış edirlər. (oxu.az)


MANŞET XƏBƏRLƏRİ