11 yaşlı qızı zorlayaraq hamilə qoyan atalığı HANSI CƏZA gözləyir?


"İmişlidə 11 yaşlı qızı zorlayaraq hamilə qoyan şəxsi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir".

Bunu Publika . az -a açıqlamasında vəkil Arzu Alıyeva deyib.

O bildirib ki, Cinayət Məcəlləsində zorlama cinayəti 149-cu maddə ilə tövsif olunub: "Bununla bağlı 149.1, 149.2 və 149.3-cü bəndlər mövcuddur. Zorlama faktı təkrar törədilibsə bu ikinci bəndin təsiri altına düşəcək və 5 ildən 10 ilə kimi azadlıqdan mərhum etmə cəzası nəzərdə tutur. Yəni başqa alternativ cəza yoxdur. Əgər zorlama faktı 14 yaşına çatmayan şəxsə qarşı törədilibsə, o zaman azadlıqdan mərhum etmə 10 ildən 15 ilə kimidir. Bu da 149.3.3-cü maddədə öz əksini tapıb".

Qeyd edək ki, İmişlidə zorlamadan sonra dünya uşaq gətirən qızın da 11 yaşının olduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ