Koronavirusda ölüm riskini azaldan UCUZ DƏRMAN - ABŞ bəyan etdi


ABŞ-da bu günlərdə yekunlaşan araşdırma göstərib ki, "fluvoksamin" adlı bir antidepressant ağır Covid-19 riski olan xəstələr arasında xəstəxanaya yerləşdirmə sürətini və ölümcül xəstəlik riskini üçdə bir azaldıb.
Turkustan.azxəbər verir ki, ümumilikdə depressiya və obsesif kompulsif pozğunluq üçün istifadə edilən həbin qan laxtalanma riskini azaltdığı ortaya çıxıb. Dərman tənzimləyici qurumlar tərəfindən təsdiqlənərsə, xəstələr ucuz müalicə üsuluna sahib olacaqlar. Dərmanın qiyməti 4 dollardır.

ABŞ alimlərinin hesabatına görə, ucuz və qlobal miqyasda mövcud olan antidepresan dərman risk altında olan insanlarda ölümcül Covid-19 xəstəliyi riskini üçdə bir azaldıb. Braziliyada 1500-ə yaxın xəstə arasında aparılan klinik sınaqlar göstərdi ki, fluvoksamin kimi tanınan dərmanı qəbul edənlərin ciddi Covid-19 xəstəliyinə tutulma və xəstəxanaya yerləşdirilmə ehtimalı azdır.

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ