İranlı general yenidən Azərbaycan sərhəddində


İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik",- deyə iranlı general bildirib.

Qeyd edək ki, İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu məqsədlə 300-dən çox hərbi texnikanın və canlı qüvvənin Poldəşt şəhərinə gətirildiyi bildirilir. https: /modern.az/


MANŞET XƏBƏRLƏRİ