SON DƏQİQƏ! PKK-nın İran üzrə "lideri" HDP-nin ofisində yaxalandı - VİDEO+FOTO


Türkiyədə HDP ilə terror təşkilatı PKK arasında daha bir əlaqə ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Türkiyəni qana bulamaq üçün gələn PKK terrorçusu Ağrıdakı HDP binasına girərək, orada son təlimatları alıb.

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən addım-addım izlənən və sonda qaçmağa çalışan PKK-nın İran üzrə "liderlərindən" olan Mennusu Qasım adlı terrorçu sağ yaxalanıb.

Türkiyəyə keçdiyi təsbit edilən terrorçu təqib edilib. Güvənlik kameralarıyla da adım adım izlənən terrorçu HDP binasına girib. HDP-nin gənclər qolu olan Devrimci Gençlik hərəkatından Othan Ergun ile görüşüb. Görüşün ardından ikisi də binadan ayrılıblar. İzləndiklərini anlayan terrorçu və Ergun yaxalanmamaq üçün qaçmağa başlayıblar. Lakin təhlükəsizlik qüvvələri onları addım-addım təqib edirdi. Ağrıdakı xüsusi təyinatlı polis dəstəsi terrorçunun qaldığı evdə əməliyyat həyata keçirib. Mennusu Qasım qaçmaq istəyərkən dərənin yatağında sağ yaxalanıb. Evdə olan 5 nəfər də saxlanılıb.

Qeyd edək ki, terror təşkilatı PKK-nın siyasi qolu olaraq bilinən HDP Türkiyədə keçiriləcək prezident seçkilərində CHP-nin namizədi Kamal Klıcdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.



MANŞET XƏBƏRLƏRİ