Ermənistanda xüsusi təlimlər – Rusiya nə planlaşdırır?


Rusiya Cənub Hərbi Dairəsinin hərbi bazasının motoatıcı bölmələrinin hərbçiləri Ermənistanın "Alaqyaz" yüksək dağlıq hərbi poliqonunda planlaşdırılmış təlimlər çərçivəsində döyüş atışları həyata keçirirlər.

Turkustan.az xəbər verir ki, məlumatı Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

"Şəxsi heyət şərti düşmənin canlı qüvvəsi, yüngül zirehli texnikası və alçaqdan uçan hava hədəfləri istiqamətində atıcı silahlardan, döyüş maşınlarından, minaatanlardan və qumbaraatanlardan atəş açır. Məşqlər gündüz və gecə keçirilir", - məlumatda deyilir.

Motoatıcılar təlim tapşırıqlarını artilleriya, tank, kəşfiyyat bölmələri, habelə pilotsuz aviasiya vasitələri ilə korrdinasiyalı şəkildə yerinə yetirirlər.

Motoatıcı birləşmələrin təlimlərinə Rusiya hərbi bazasının (Ermənistandakı) 300-dən çox hərbçisi, 30-a yaxın hərbi texnika və nəqliyyat vasitəsi cəlb edilib. Bundan başqa, hərbi bazanın motoatıcı hissələrinin döyüş maşınlarının mexanik-sürücüləri dağlıq ərazilərdə sürücülük vərdişlərini təkmilləşdirirlər.

Motoatıcı bölmələrinin mexanik-sürücülərinin hazırlanmasında 120-dən çox hərbçi iştirak edir, 30-a yaxın hərbi texnika cəlb olunub.

Xatırladaq ki, Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi pilotları və xüsusi təyinatlıları Ermənistanın dağlıq ərazilərində də kompleks təlimlər keçiriblər. Xüsusilə, MiQ-29-un ekipajları şərti düşmənin hava hücumundan müdafiə sistemlərini vurublar. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ