Tatlısəs yenidən AKP-dən namizədliyini irəli sürdü


İbrahim Tatlısəs millət vəkili olmaq üçün namizədliyini irəli sürüb.ı

Turkustan.az xəbər verir ki, 71 yaşlı sənətçi 5-ci dəfə AKP-dən Şanlıurfada seçilməyə ümid edir.

Bu barədə o, sosial şəbəkə hesabından seçicilərinə səslənib:

"Urfama xidmət etmək üçün buradayam. 50 dəfə namizəd olmuşam, daha 100 dəfə Urfam üçün namizəd olacağam. Məqsədim Şanlıurfanın problemlərini həll etmək, Şanlıurfa siyasətinə yeni nəfəs gətirməkdir.

Görürsünüz ki, həmişə Şanlıurfa deyirəm. Yenə deyirəm, Şanlıurfaya xidmət nəfəsi gətirəcəyəm, Şanlıurfaya xidmətim sənətdə görünür. İndi isə siyasi xidmətə can atıram. Həmvətənlərimi yarıyolda qoymayacağam". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ