""Servis" avtobusunda qalmaqal: Uşaqlar sürücünü telefonla çəkdilər – VİDEO


Türkiyədə İstanbul şəhərinin Küçükçekmece orta məktəb avtobusunda baş verən hadisənin görüntüləri ictimaiyyətdə böyük təəssürat yaradıb. Uşaqları yerə zibil atdıqları səbəbi ilə süpürgə sapı ilə döyən avtobus sürücüsünün qalmaqallı anlar avtobusda olan digər uşaqların videoya çəkməsi nəticəsində anbaan lentə alınıb. Uşaqları dəfələrlə çubuqla vurması görüntülərinə əks olunan sürücü yaxalanaraq nəzarətə götürülüb. Polis İdarəsində dindirilməsi başa çatan şübhəli sürücü ədliyyəyə sövq edilib.

Turkustan.azxəbər verir ki, iddiaya görə Küçükçekmecede bir orta məktəbdə xidmətdə olan uşaqlar yerə zibil atıblar. Bunu görən avtobus sürücüsü əvvəlcə uşaqların üstünə qışqırmağa başlayıb. Əsəblərini cilovlaya bilməyən bilməyən kişi əlinə aldığı süpürgə sapı ilə uşaqları döyüb.

Qalmaqallı görüntülərin ortaya çıxmasının ardından Küçükçekmece İlçe Təhlükəsizlik Müdirliyinə bağlı polis qrupları, A.H. O, məhəllədə Tevfikbəy adlı servis sürücüsünü tutaraq nəzarətə götürüb. Polis idarəsində dindirilməsi başa çatan şübhəli sürücü ədliyyəyə sövq edilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ